Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 15-20 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində “SDG Volunteer Camp” keçiriləcək.
üşərgə çərçivəsində iştirakçıları nələr gözləyir:
✅ Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı maarifləndirici sessiyalar və interaktiv təlimlər;
✅ DİM-lərin gündəlik həyat və könüllülük fəaliyyəti ilə əlaqələndirilməsinə dair praktiki fəaliyyətlər;
✅ Lokal icma problemlərinin müəyyənləşdirilməsi və onlara innovativ həllərin hazırlanması;
✅ Komanda işi, liderlik, sosial innovasiya və layihə hazırlama bacarıqlarının inkişaf etdirilməsi;
✅ İntellektual və motivasiyaedici fəaliyyətlər.
Düşərgənin əsas məqsədi könüllü gənclərin Dayanıqlı İnkişaf Məqsədləri haqqında biliklərini artırmaq, qlobal məqsədləri lokal icma ehtiyacları ilə əlaqələndirmək və onları real həllərin hazırlanması prosesinə cəlb etməkdir. Eyni zamanda, düşərgə könüllülərin könüllülük, liderlik, komanda işi və sosial təşəbbüskarlıq bacarıqlarının inkişafına, onların cəmiyyətin davamlı inkişafında fəal iştirakına dəstək verməyi hədəfləyir.
📌 Qeyd: İştirakçıların seçim prosesində xarici dil bilikləri və Dayanıqlı İnkişaf Məqsədlərinə olan marağı üstünlük meyarları kimi nəzərə alınacaq.
🔗 Qeydiyyat üçün: link
📍 Məkan: Şəki Olimpiya İdman Kompleksi
🗓️ Tarix: 15-20 oktyabr 2026-cı il
📌 Qeydiyyat üçün son tarix: 02 oktyabr 2026-cı il