"VEX V5 Robotics Competition" yarışının respublika turniri keçiriləcək

"VEX V5 Robotics Competition" yarışının respublika turniri keçiriləcək

Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə 14-17 yaşlı məktəblilər üçün "VEX V5 Robotics Competition" yarışının respublika turniri keçiriləcək.

Tarix: 7 fevral 2026-cı il
Məkan: Bakı Avropa Liseyi
Son qeydiyyat tarixi: 30 yanvar 2026-cı il

Yenilənmiş qaydalarla tanış olmağınız mütləqdir: Qaydalar Toplusu

Qeyd: Qalib komanda ABŞ-ın Missuri ştatının Louis şəhərində keçiriləcək dünya çempionatında iştirak hüququ qazanacaq.