"Viki Mingəçeviri sevir" adlı vikidüşərgəsinə qeydiyyat başladı!

"Viki Mingəçeviri sevir" adlı vikidüşərgəsinə qeydiyyat başladı!

12–16 avqust 2026-cı il tarixlərində Mingəçevir şəhərində Azərbaycan vikimediaçıları üçün xüsusi yay düşərgəsi təşkil olunacaq.  Düşərgə iştirakçılarının xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq.

Bu düşərgə yalnız təcrübəli, fəal və peşəkar vikipediyaçılar üçün nəzərdə tutulub. Tədbirin əsas məqsədi Vikipediyanın 25 illik yubileyini qeyd etmək, Azərbaycan vikimediaçıları arasında əməkdaşlığı gücləndirmək, təcrübə mübadiləsini təşviq etmək və gələcək fəaliyyət istiqamətlərini müzakirə etməkdir.  

🔗 Qeydiyyat üçün

Düşərgədə iştirak məhdud sayda iştirakçı üçün nəzərdə tutulub. Qeydiyyatdan keçən namizədlər arasından iştirakçılar Təşkilat Komitəsi tərəfindən seçiləcək və nəticələr barədə əlavə məlumat veriləcək.

Uğurlar arzulayırıq!

Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.