“Xarıbülbül” düşərgəsi gəncləri yeni üfüqlərə doğru bir araya gətirir!

“Xarıbülbül” düşərgəsi gəncləri yeni üfüqlərə doğru bir araya gətirir!

Düşərgənin məqsədi şəhid və qazi övladlarını vahid platformada bir araya gətirərək onların sosial əlaqələrinin və dostluq münasibətlərinin gücləndirilməsinə, şəxsi və yaradıcı potensiallarının inkişafına, yeni bacarıqlar qazanmalarına və özünəinamlarının artırılmasına dəstək olmaqdır. Eyni zamanda, iştirakçılar üçün yeni təcrübələr, maraqlı fəaliyyətlər və xoş xatirələrlə dolu bir düşərgə mühiti yaradılacaq.