8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində 9-11 noyabr tarixlərində Xankəndi şəhərində “Zəfər Nəsli” gənclər düşərgəsi təşkil olunacaq.
Düşərgənin əsas məqsədi 8 Noyabr - Zəfər Gününün qeyd olunması, Zəfər tariximizin gənclər arasında təbliği, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, vətənpərvərlik ruhunun təşviqi, eləcə də fəal və təşəbbüskar gənclərin bir araya gətirilməsidir.
Kimlər müraciət edə bilər?
18–26 yaş aralığında olan, aşağıdakı xüsusiyyətləri ilə fərqlənən gənclərin müraciətləri gözlənilir:
İctimai və sosial fəaliyyətlərdə fəal iştirak edən;
Könüllülük, gənclər təşkilatları və müxtəlif təşəbbüslərdə təcrübəsi olan;
Liderlik və təşkilatçılıq bacarıqlarına malik;
Yeni ideyalar irəli sürən, təşəbbüskar və yaradıcı;
Təhsil, elm, texnologiya, mədəniyyət, idman və digər sahələrdə uğurları ilə fərqlənən;
Milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və fəal vətəndaş mövqeyi nümayiş etdirən gənclər.
Düşərgə çərçivəsində iştirakçıları nələr gözləyir?
Zəfər tariximizə həsr olunmuş maarifləndirici görüşlər və müzakirələr;
Vətən müharibəsi və Qarabağın tarixi ilə bağlı interaktiv fəaliyyətlər;
Liderlik və komanda quruculuğu sessiyaları;
İdeya və təşəbbüslərin təqdimatı;
Mədəni və sosial proqramlar;
Xankəndi və Qarabağın tarixi-mənəvi irsi ilə tanışlıq.
Tarix: 9-11 noyabr 2026-cı il
Məkan: Xankəndi şəhəri
Yaş həddi: 18-26 yaş
Son qeydiyyat tarixi: 7 noyabr, saat 12:00
Düşərgədə iştirakla bağlı bütün xərclər (nəqliyyat, yerləşmə və qidalanma) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən qarşılanır.
İştirakçılar təqdim edilmiş anketlər əsasında seçim yolu ilə müəyyən ediləcəklər. Seçim zamanı namizədlərin ictimai fəallığı, nailiyyətləri, motivasiyası, təşəbbüskarlığı və düşərgənin məqsədlərinə uyğunluğu əsas götürüləcək. Bu səbəblə anketin hər bir mərhələsinin dolğun, doğru və süni intellektin istifadəsi olmadan öz cavablarınızla doldurulması vacibdir.
Zəfəri yaşadan, Qarabağın gələcəyinə töhfə verən gənclərdən biri də sən ol!
Qeydiyyat üçün yaşıl linkə daxil olun: https://gencler.az/events/zefernesli-xankendi2026