Şəhər: Göyçay

Dillər: Azərbaycan

E-mail: [email protected]

Coşqun İsmayılov

Hal-hazırda Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional koordinatoru kimi İsmayıllı, Ağsu, Şamaxı, Göyçay və Qəbələ rayonlarında bölmələrimizin fəaliyyətini idarə edirəm. Ötən il “Regionun Gənc Eko-Səfirləri” proqramının rəhbəri kimi 12 şəhər və rayondan ibarət şəbəkəyə nəzarət etmişəm. Hazırda isə respublika üzrə 21 bölgədə icra edilən “Regionun Gənc Liderləri” proqramına rəhbərlik edirəm. Bundan əvvəl hal-hazırda çalışdığım qurum olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin direktoru olmuş və eyni zamanda Dövlət İdarəçilik və Texnologiya Kollecində müəllim kimi iqtisadiyyat, marketinq və menecment fənlərini tədris etmişəm. Əvvəllər bir çox qeyri-hökumət təşkilatlarında müavin, baş katib, layihə koordinatoru və sosial araşdırmaçı kimi çalışmışam. Bu təşkilatlar arasında Göyçay İnkişaf Mərkəzi GİB, Yerli İdarəetməyə Yardım İB, Junior Achievement Azerbaijan və Azad Həmfikirlər Gənclərin Maarifləndirilməsi İB yer alır. Bütün fəaliyyətlərimə müxtəlif qurumlarda könüllü kimi başlamışam və həmin təcrübələr karyeramın ilkin mərhələsində mühüm rol oynayıb.