Mən Mikayılov Fuad Mürsəl oğlu orta təhsilimi Humanitar və Texniki Təmayüllü Liseydə başa vurduqdan sonra Azərbaycan Kooperasiya Universitetində “kommersiya” ixtisası üzrə ali təhsil almışam. Tələbəlik dövründə Bakı şəhərində bir sıra özəl və başqa şirkətlərdə (BEKO, Unibank, Soliton LTD, Crystal Hall, Azərbaycan Konqreslər Bürosu və s.) işləmiş, eyni zamanda fəal bir tələbə kimi Tələbə Gənclər Təşkilatları, bir sıra İctimai Birliklər (İrəli İB, RİİB, VCİ və s.), və QHT-lərin üzvü olaraq ictimai-sosial işlərə qoşulmuş, çox sayda irimiqyaslı layihə və tədbirlərin iştirakçısı və təşkilatçısı olmuş, dəfələrcə müxtəlif dərəcəli sertifikatlar, diplomlar, şəhadətnamələr və fəxri fərmanlarla mükafatlandırılmışam. 2012-ci ildən başlayan könüllülük fəaliyyətim isə 2015-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən qiymətləndirilərək respublika üzrə “İLİN KÖNÜLLÜSÜ” adına layiq görülmüşəm. Bundan başqa “Avroviziya Mahnı Müsabiqəsi ”, “Avropa Oyunları ”, “Formula-1”, “İslam Həmrəyliyi Oyunları”, “Azərbaycan Könüllülük Xidməti”, “ASAN Könüllüləri Təşkilatı” könüllüsü olmuş, daha sonra dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı sayəsində 2017-ci ildə Balakən Gənclər evində işlə təmin olunmuşam. İşlədiyim müddət ərzində gənclərin hərtərəfli inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili, intellektual potensialının yüksəldilməsi, milli-mənəvi və vətənpərvər ruhda böyüməsi, gənclərdə sağlam həyat tərzinin təbliğini özümə prioritet seçmiş və bu istiqamətdə yüzlərlə tədbir, layihə, konfrans, dəyirmi masa və praktik seminarlar təşkil etmiş, xüsusilə də ucqar rayon olan Balakənin gəncliyinin müasir düşüncəli və nümunəvi gənclik kimi formalaşması üçün əlimdən gələni əsirgəməmişəm. 2014-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2019-cu ildən isə partiyanın rayon təşkilatının Gənclər Birliyinin idarə heyətinin üzvüyəm. Partiya sıralarına qoşulduğum gündən etibarən ictimai-siyasi proseslərdə yaxından və aktiv iştirak etmişəm. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Balakən Rayon İcra Hakimiyyəti baçşısı, rayon Gənclər və İdman İdarəsi, Gənclər evi tərəfindən dəfələrcə müxtəlif dərəcəli diplom və fəxri fərmanlarla mükafatlandırılmışam.
2022-2025
30
Özünü tanıma və şəxsi inkişaf, layihə idarəetməsi, ictimai çıxış və təqdimat bacarıqları, gənclər üçün karyera planlaşdırılması
Sosial media alətlərindən düzgün istifadə
Liderlik və idarəetmə strategiyaları, komanda quruculuğu və hədəf qoyma