Tədbirdə EESTEC Bakı nümayəndəliyinin sədri Cəfər Sadıq, sədr müavini Aqşin Əhmədli, eləcə də layihə menecerləri Rübabə Möhsümzadə və Əbülfət Həsənzadə ölkəmizi təmsil ediblər.
Konqres çərçivəsində sahə üzrə müzakirələr aparılıb. Həmçinin tədbirin növbəti sessiyalarından birinin Bakı şəhərində keçirilməsi təklif olunub və bu barədə geniş fikir mübadiləsi aparılıb.