Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə festivalda iştirak edən “Fərid Rzayevin komandası” müxtəlif ölkələrdən olan intellektual oyunçularla bilik və məntiq yarışında qüvvəsini sınayıb.

Festivalda müxtəlif ölkələrdən ümumilikdə 32 komanda iştirak edib. Yarış proqramına “Nə? Harada? Nə zaman?”, fərdi oyun, musiqi mövzusunda intellektual yarış və komandalararası fərdi oyun daxil olub. İştirakçılar müxtəlif mövzuları əhatə edən sualları cavablandıraraq biliklərini, məntiqi təfəkkürlərini və komanda şəklində qərarvermə bacarıqlarını nümayiş etdiriblər.

Azərbaycan təmsilçiləri festival çərçivəsində noyabrın 13-də keçirilən “Kraft №14” beynəlxalq sinxron turnirində də iştirak ediblər. Dünyanın müxtəlif şəhərlərində eyni suallar əsasında təşkil olunan turnirdə komandamız Belqrad meydançası üzrə birinci yeri bölüşüb. Dünya üzrə ümumi sıralamada isə 5–8-ci yerləri tutub.

Azərbaycan təmsilçiləri festival çərçivəsində noyabrın 13-də keçirilən “Kraft №14” beynəlxalq sinxron turnirində də iştirak ediblər. Dünyanın müxtəlif şəhərlərində eyni suallar əsasında təşkil olunan turnirdə komandamız Belqrad meydançası üzrə birinci yeri, dünya üzrə ümumi sıralamada isə 5–8-ci yerlərdən birini qazanıb.