“Quba Palace Hotel”də təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

16 komandanın qatıldığı yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekun nəticələrə əsasən, Dövlət Vergi Xidməti, Dövlət Turizm Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “ASAN xidmət”, Oğuz Rayon İcra Hakimiyyəti, Energetika Nazirliyi və Lerik Rayon İcra Hakimiyyəti yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Yarış 4 seçmə, yarımfinal və final mərhələlərindən ibarətdir. Layihənin başlıca məqsədi gənclərdə komanda ruhunu gücləndirmək, operativ qərarvermə bacarıqlarını inkişaf etdirmək və qurumlararası əməkdaşlığı möhkəmləndirməkdir. Yarımfinala vəsiqə qazanan komandalar növbəti mərhələdə qalib adı uğrunda mübarizəni davam etdirəcəklər.