Gənclər və İdman Nazirliyinin “Gənclərin beynəlxalq təmsilçiliyinin dəstəklənməsi proqramı” çərçivəsində ELSA Azərbaycan təşkilatının İdarə Heyətinin üzvlərindən ibarət nümayəndə heyəti toplantıda iştirak edib. 40-a yaxın ölkənin ELSA milli və yerli qruplarının nümayəndələrini bir araya gətirən beş günlük toplantı zamanı təşkilati fəaliyyət, layihələrin idarə edilməsi və yumşaq bacarıqların inkişafı mövzularında müxtəlif təlim və seminarlar təşkil olunub.