Noyabrın 11-də gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə ötən ay ərzində beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb. Nazir gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və qazandıqları təcrübə barədə fikir mübadiləsi aparıb.
Tacikistan, Serbiya, Özbəkistan, Rumıniya, Sinqapurda keçirilmiş beynəlxalq əhəmiyyətli tədbir və yarışlarda iştirak edən gənclər öz təəssüratlarını bölüşüb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər.
Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov fəaliyyətlərində davamlılıq və uğurlar arzulayıb.