Forumun açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova çıxış ediblər.
 
Forum Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığı ilə təşkil olunub. Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının gənclər şəbəkəsinin üzvləri də iştirak ediblər.
 
Forum çərçivəsində müxtəlif ölkələrdən olan gənclər öz icmalarının qarşılaşdığı problemləri müzakirə edib, qarşılıqlı hörmətin, etimadın və həmrəyliyin möhkəmləndirilməsinə yönələn təşəbbüslərdə iştirak ediblər.
 
Forum iştirakçıları, həmçinin Olimpiya çempionu Zemfira Meftaxetdinova və Everest zirvəsinə qalxmış alpinist Vəfa Musayeva ilə görüşüblər. Proqram çərçivəsində gənclər arasında dostluq münasibətlərinin və qarşılıqlı əlaqələrin gücləndirilməsinə xidmət edən futbol matçı da keçirilib.