Forumun keçirilməsində məqsəd dayanıqlı və müasir şəhərlərin qurulmasında memarlıq, inşaat, nəqliyyat və su mühəndisliyi kimi sahələri bir araya gətirmək, gənclərin bu istiqamətdə praktiki biliklərini, təşəbbüskarlıq və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək olub.
 
Forum proqramı çərçivəsində şəhərsalma və dayanıqlı inkişaf mövzularında panel sessiyaları, sahə peşəkarları ilə görüşlər keçirilib, komanda işi, praktiki tapşırıqlar və interaktiv fəaliyyətlər təşkil olunub.