Səfər çərçivəsində nümayəndə heyətinin gənclər və idman naziri Fərid Qayıbovla Milli Gimnastika Arenasında görüşü keçirilib. Həmçinin iştirakçılar cüdo üzrə dünya çempionatını izləyiblər.
Proqram müddətində nümayəndə heyəti Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) ofislərində görüşlər keçirərək ölkədə könüllülük hərəkatı və gənclər təşkilatlarının fəaliyyəti ilə yaxından tanış olub.
İştirakçılar həmçinin Bakı Gənclər Mərkəzi, Zəfər Muzeyi, İçərişəhər, Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı və digər tarixi-mədəni məkanları ziyarət ediblər. Proqramın Lənkəran hissəsində nümayəndə heyəti Gənclər evində yerli gənclərlə görüşüb, şəhərin tarixi-mədəni irsi və çayçılıq ənənələri ilə tanış olub.