Vətən müharibəsində qazanılan tarixi Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhidlərimizin fədakarlığı sayəsində mümkün olub. Bu tarixi Qələbənin mahiyyətini gənc nəslə çatdırmaq hər birimizin borcudur.

Bu fikirləri Xankəndi şəhərində keçirilən “Zəfər nəsli” gənclər düşərgəsində Qarabağ müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçusu Əhliyyət Mehdiyev qeyd edib. O bildirib ki, Vətən müharibəsində yaddaşında ən çox ilk döyüş əmrini almaları və düşmən səngərlərinə daxil olduqları an qalıb. İllərlə Müzəffər Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın azad edilməsi əmrini gözlədiklərini vurğulayan qazi şəhid silahdaşlarının qəhrəmanlığını ehtiramla yad edib.

Ə.Mehdiyev gənclərə milli-mənəvi dəyərlərə sadiq qalmağı, bilik və bacarıqlarını inkişaf etdirməyi, Zəfər tariximizi yaşatmağı və Böyük Qayıdış prosesində fəal iştirak etməyi tövsiyə edib.