Düşərgə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşları, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən iştirakçılar üçün hərbi-idman və praktiki hazırlıq məşğələləri təşkil olunub.
Bununla yanaşı, gənclərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə “Azərbaycan və Zəfər tarixi” mövzusunda intellektual yarış keçirilib.
Yarışın nəticələrinə əsasən, “İgidlər” komandası birinci, “Qartallar” komandası ikinci, “Canavarlar” komandası isə üçüncü yeri tutublar.