Noyabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər və İdman Nazirliyinin “Zəfər nəsli” gənclər proqramı çərçivəsində “Şam işığında konsert” proqramı baş tutub.
Tədbir şanlı tariximizin ən parlaq səhifəsi olan Zəfər Gününün coşqusunu və qürurunu gənclərlə birgə yaşamaq, musiqinin ecazkar gücü ilə bu qüruru tərənnüm etmək məqsədilə təşkil olunub. Minlərlə şamın yaratdığı unikal və sehrli atmosferdə keçən gecədə Azərbaycan bəstəkarlarının klassik və məşhur əsərləri səsləndirilib.