24 komanda arasından finala vəsiqə qazanmış Qarabağ Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinin “Enactus” komandaları layihələrini təqdim edərək münsiflərin suallarını cavablandırıblar.
“Enactus Azərbaycan”ın İdarə Heyətinin üzvlərindən ibarət münsiflər heyətinin qərarı ilə Qarabağ Universitetinin “Enactus” komandası yarışın qalibi elan edilərək sentyabrın 25-dən 28-dək Taylandda keçiriləcək Enactus Dünya Kubokunda ölkəmizi təmsil etmək hüququnu qazanıblar. Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası ikinci, Bakı Ali Neft Məktəbinin “Enactus” komandası isə üçüncü olublar.
Qeyd edək ki, qalib komanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Kubokunda iştirak edəcək.