Qış məktəbi çərçivəsində süni intellekt, texnologiyanın kadr hazırlığına təsiri, müasir idmanda innovasiyalar və idmanda kommunikasiya mövzularında təlimlər və sessiyalar təşkil olunub. Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində şəhərsalma və texnoloji innovasiyalar mövzusunda kontekstual baxış sessiyası keçirilib.
Proqram müddətində iştirakçılar üçün Qubanın tarixi və mədəni məkanlarına gəzinti təşkil edilib. Yekunda təqdimatlar qiymətləndirilib, iştirakçılara sertifikatlar təqdim olunub və qış məktəbi təntənəli bağlanış mərasimi ilə başa çatıb.