ASAN İnnovativ İnkişaf Mərkəzində keçirilən mərasimdə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Milli Məclisin deputatı Sadiq Qurbanov, gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rüfət Zamanov, eləcə də digər dövlət qurumlarının və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, dördüncü dəfə təşkil olunan festival çərçivəsində 180-ə yaxın uşaq və gənc 12 kateqoriya üzrə mübarizə aparıb. Festival müddətində, həmçinin aviaşou keçirilib, kvadrokopter və təyyarə modelləri nümayiş etdirilib. Mərasimdə raket və peyk modelçiliyi, FPV dron, təyyarə modelçiliyi, naqilsiz rabitə və səmt müəyyən etmə üzrə yarışların qaliblərinə medal, kubok və diplomlar təqdim olunub. Fəal iştirakçılar isə sertifikatlarla təltif ediliblər.