Forumda 10 regionu təmsil edən 130 gənc spiker, hakim və auditoriya qismində iştirak edib. Final mərhələsində Göygöl və Quba regionlarını təmsil edən komandalar qarşılaşıblar. Forumun çempionu Göygöl komandası olub.
Turnirin nəticələrinə əsasən, natiqliyi ilə seçilən ən yaxşı 10 natiq müəyyənləşib. “Respublika Gəncləri Debat Forumu-2026”nın ən yaxşı natiqi adına Göygöl regionunu təmsil edən Rauf Əliyev layiq görülüb.
Qeyd edək ki, forum müddətində gənclərin nitq və natiqlik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bir sıra interaktiv təlimlər də keçirilib.