Sammit Pakistan İslam Respublikası İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi tərəfindən Baş nazirin Gənclər Proqramı (PMYP) ilə birgə təşkil olunub. Nümayəndə heyətində nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, 2026-cı il üzrə Gənclər üçün Prezident mükafatı laureatı Sərxan Ağadadaşov, Milli Süni İntellekt Mərkəzinin nümayəndələri Rauf İbişov və Turan Abbaslı, həmçinin “Süni İntellekt platforması” layihəsinin yaradıcı direktoru Emil Abdullayev yer alıblar.
9-15 fevral tarixlərində İslamabadın müxtəlif məkanlarında keçirilən Sammit çərçivəsində konfranslar, texnologiya sərgiləri, təlimlər və innovasiyaya əsaslanan tədbirlər vasitəsilə 100 mindən çox iştirakçı cəlb edilib.