ABŞ-nin Kaliforniya ştatının Anaheim şəhərində keçirilən “Microsoft Office Specialist (MOS) World Championship” yarışmasının qlobal final mərhələsində Azərbaycan komandası uğurla iştirak edib. 42 ölkədən 300-dən çox iştirakçının mübarizə apardığı yarışda Hüseyn Şükürov 6-cı, Nəzrin Miriyeva isə 9-cu yeri tutub.