Cenevrə Rəqəmsal Həftəsi çərçivəsində təşkil olunan hər iki tədbirdə 177 ölkədən 12 mindən çox iştirakçı təmsil olunub. “AI for Good” Qlobal Sammiti çərçivəsində keçirilən “Amazon Web Services AI League” süni intellekt yarışında Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Zaman Kazımov birinci yerə layiq görülüb.