Beş gün davam edən proqram çərçivəsində iştirakçılar süni intellekt panellərində, innovativ mahnı yaradıcılığı, intellektual yarışlar, qəhvə sənəti və mini kətan üzrə vörkşoplarda iştirak edərək yeni biliklər qazanıb, yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda, musiqili kvestlər, müxtəlif rəqs dərsləri, ritm qruplarının çıxışları və vokal müsabiqələri düşərgəyə rəng qatıb.
 
Düşərgə çərçivəsində keçirilən texnologiya və kino mövzulu kvestlər, e-idman turnirləri, tanınmış aktyorlarla görüşlər, kospley şousu və yumoristik səhnə çıxışları iştirakçılara əyləncə, rəqabət və komanda ruhunu bir arada yaşamaq imkanı yaradıb.
 
Yeni dostluqlar, zəngin təcrübələr və unudulmaz xatirələrlə yadda qalan “Creative Zone” düşərgəsi ocaq ətrafında keçirilən musiqili gecə ilə başa çatıb.