Düşərgədə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Azərbaycandan olan gənclər dayanıqlı inkişaf məqsədləri, sağlam həyat tərzi, gender bərabərliyi, idman və rifah, eləcə də qlobal çağırışlara cavab mövzularında mühazirələr, təlimlər, qrup işləri və diskussiyalarda iştirak ediblər.

 

Proqram çərçivəsində mədəni axşamlar, komandalararası idman yarışları və Quba regionunun tarixi-mədəni məkanlarına ekskursiyalar da təşkil olunub. İştirakçılar həmçinin öz ölkələrinin milli mədəniyyətlərini təqdim edərək türkdilli ölkələr arasında dostluq və əməkdaşlıq körpüsünü möhkəmləndiriblər. Bağlanış mərasimində düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.