Region gənclərinin şəbəkələşməsi, bilik və bacarıqlarının artırılması, birlik, həmrəylik ruhunun yüksəldilməsi və “Konstitusiya və Suverenlik İli”nin təbliği məqsədilə keçirilən düşərgədə gənclər üçün müxtəlif mövzularda təlimlər, idman oyunları, ocaq ətrafında bədii gecə və intellektual yarış keçirilib. 

 

Düşərgənin ikinci günündə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gənclərlə səmimi görüşü baş tutub. Qeyd edək ki, icra hakimiyyətinin təşkilatçılığı ilə “Gənclər düşərgəsi” iştirakçıları üçün rayonun tarixi və mədəni yerlərinə ekskursiya təşkil olunub. Düşərgə çərçivəsində xalq artisti Nurəddin Mehdixanlının gənclərlə “Milli kimlik və mədəni inkişafa inteqrasiya” mövzusunda görüşü keçirilib. 

 

Qeyd edək ki, gənclər dörd gün ərzində #DəmirYumruq, #Zəfər, #Sülh, #Gənclər, #Sabah və #Ümid komandalarına seçilərək mübarizə aparıblar.