Forumun açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Ölkənin müxtəlif bölgələrindən 33 Gənclər Evini təmsil edən 300 nəfərdən çox gənc, əməkdaş və könüllünün iştirak etdiyi tədbirdə videoçarx nümayiş olunub, Gənclər Evləri müxtəlif nominasiyalar üzrə təltif ediliblər.
Həmçinin tədbirdən öncə Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Miras” Qədim Musiqi Alətləri Ansamblı tərəfindən milli musiqi nümunələri səsləndirilib, gənclərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Forum çərçivəsində Nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova tərəfindən Gənclər Evlərinin vahid konsepsiya və strateji inkişaf modeli təqdim olunub. Tədbir mədəni proqramla davam edib.