Festivalın əsas məqsədi gənclər arasında balanslı həyat tərzini təşviq etmək, onların şəxsi və sosial inkişafını dəstəkləmək, qarşılıqlı əlaqələri gücləndirmək və regionlararası təcrübə mübadiləsini artırmaq olub.
Gənclər Bakıdan qatarla yola düşərək Qəbələdə gün ərzində müxtəlif fəaliyyətlərdə, eləcə də istedadlı gənclərin və musiqi qruplarının canlı çıxışlarında iştirak ediblər.