Forum “Karyera və XXI əsrin bacarıqları” adlı panel müzakirəsi ilə davam edib. Panel müzakirədə spikerlər gənclərlə öz təcrübələrini bölüşüblər. Sual-cavab sessiyasında iştirakçılar iş dünyasına dair suallarını birbaşa mütəxəssislərə vermək imkanı əldə ediblər.
Forumunun praktiki hissəsində CV yazılması və müsahibəyə hazırlıq mövzusunda təlim keçirilib. Təlimdən sonra təşkil olunan müsahibə simulyasiyası isə iştirakçılara işə qəbul prosesini real şəkildə təcrübə etmək imkanı yaradıb. Sonda keçirilən müzakirələrdə gənclər təəssüratlarını bölüşüb, mütəxəssislərdən faydalı tövsiyələr alıblar.