Layihə “YAŞAT” Fondunun və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin, “ASAN Könüllüləri” Təşkilatının, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Bakı Psixologiya Mərkəzinin və Azərbaycan İnsan Resursları Assosiasiyasının dəstəyi ilə həyata keçirilib.
Düşərgənin ilk günü iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər. Daha sonra açılış mərasimi keçirilib. Gün ərzində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı sənədli film nümayiş olunub və komanda quruculuğu mövzusunda interaktiv oyunlar təşkil edilib.
Növbəti günlərdə “İnnovasiya və ideya generasiyası”, startap anlayışı, təqdimat bacarıqları, psixoloji dəstək, şəxsi inkişaf və karyera planlaması mövzularını əhatə edən təlim və sessiyalar keçirilib. Eyni zamanda idman yarışları, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş praktiki tapşırıqlar və müsabiqələr təşkil edilib.