Kvest çərçivəsində iştirakçılar müxtəlif istiqamətləri əhatə edən çoxsaylı mərhələlərdə öz bilik və bacarıqlarını sınayıblar. Proqram məntiqi və analitik düşüncə, yaradıcılıq, mühəndislik və konstruktiv həllər, fiziki dözümlülük, musiqi bilikləri, ədəbiyyat, tarix, mədəniyyət və milli-mənəvi irs, eləcə də komanda işi və liderlik bacarıqlarını ölçən tapşırıqlardan ibarət olub. Kvest ərzində iştirakçılar həm fərdi, həm də komanda formatında müxtəlif sınaqlardan keçərək potensiallarını və fiziki hazırlıqlarını ortaya qoyublar.
 
Komandalar regionlar üzrə formalaşdırılıb və hər region 10 nəfərlik komanda ilə təmsil olunub. Kvestin nəticələrinə əsasən “Bakı” komandası birinci, Mərkəzi Aran regionunun komandası ikinci, Gəncə-Daşkəsən regionunun komandası isə üçüncü yerə layiq görülüb.