Goranboy şəhərində yerləşən Heydər Əliyev parkında iki gün davam edəcək “GəncFest”də gənclər hərbi-vətənpərvərlik, yaradıcılıq, stolüstü oyunlar, intellektual yarışlar, interaktiv təlimlər və əyləncə zonalarında müxtəlif fəaliyyətlərdə iştirak edirlər.
Gənclər və İdman Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirin ilk gününün sonunda təşkil edilən konsert proqramında Sevda Yahyayeva, Elçin Cəfərov və Goranboy şəhər Uşaq İncəsənət Məktəbinin rəqs qrupu çıxış ediblər.
Gənclər üçün bayram əhval-ruhiyyəsində keçən tədbir möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.