Tədbirin əsas məqsədi hər iki ölkənin gəncləri arasında mədəni və ictimai əməkdaşlığı gücləndirmək, dostluq əlaqələrini möhkəmləndirmək, təcrübə mübadiləsi aparmaq və ortaq təşəbbüsləri dəstəkləməkdir.
 
Düşərgənin açılışında Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Gürcüstanın təhsil, elm və gənclər nazirinin birinci müavini Levan Girsiaşvili gənclərlə görüşərək onların suallarını cavablandırıblar.
 
Görüşdə Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin Gənclərlə iş departamentinin rəhbəri İakinte Çxartişvili, “LEPL” gənclər agentliyinin direktoru vəzifəsini icra edən Vaxtanq Baakaşvili və səfirliyin müşaviri Kamal Xəlilov da iştirak ediblər.
 
Düşərgə müddətində gənclər komanda quruculuğu sessiyaları və bir sıra idman oyunları üzrə müsabiqələrdə iştirak ediblər.