Görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin Tbilisi şəhərində abidəsi önünə gül dəstələri qoyulub və əziz xatirəsi ehtiramla yad edilib. Qəbul zamanı iki ölkə arasında gənclər siyasətinin inkişafı istiqamətində mövcud əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi perspektivləri müzakirə edilib. Gürcüstan və Azərbaycan gəncləri arasında əlaqələrin dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb, birgə layihələrin həyata keçirilməsi məsələlərinə toxunulub.
Nazir Givi Mikanadze bu günlərdə ölkəmizdə Azərbaycan-Gürcüstan “Gənclər həftəsi” çərçivəsində təşkil olunan tədbirləri yüksək dəyərləndirərək, həmin proqramlarda iştirak edən gürcü gənclərinin ölkələrinə xoş təəssüratlarla və yeni təcrübə ilə qayıtdıqlarını bildirib.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov və səfirliyin müşaviri Kamal Xəlilov da iştirak ediblər.