Beş gün ərzində onlar liderlik, xaricdə təhsil və karyera inkişafı, komanda quruculuğu, CV hazırlama, müsahibə simulyasiyası, karyera inkişafında süni intellektin rolu və yumşaq bacarıqlar mövzularında peşəkar təlimlərdə iştirak ediblər. Təlimlərlə yanaşı, sosial fəaliyyətlər, komandalararası oyunlar və interaktiv məşğələlər vasitəsilə iştirakçılar həm öyrənib, həm də faydalı ünsiyyət mühitində vaxt keçiriblər.
Düşərgənin bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini Aygün Mirzəyeva çıxış ediblər.
Düşərgənin sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunublar.