Ümumilikdə 400-ə yaxın şəhid övladının iştirak etdiyi düşərgədə 10–11 və 12–13 yaş kateqoriyalarında olan şəhid övladları iştirak edirlər.
 
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə düşərgədə “Sağlam həyat” layihəsi, həmçinin regionun məşqçi-müəllimləri tərəfindən səhər idmanı təşkil olunur. Düşərgə çərçivəsində uşaqların sağlam həyat tərzinin təbliği, fiziki aktivliyə cəlb olunması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif idman fəaliyyətləri həyata keçirilir.