Düşərgə müddətində Bakı Beynəlxalq Caz Festivalının Təşkilat Komitəsinin sədri Leyla Əfəndiyeva, Əməkdar artistlər Rain Sultanov və Şahin Növrəsli, dünya şöhrətli skripkaçı və dirijor Valid Ağayev, həmçinin musiqiçi Vaqif Əliyev tərəfindən iştirakçılara ustad dərsləri keçirilib.
 
Həmçinin Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyevin iştirakı ilə “Sağlam gələcək naminə narkotikə yox deyək” mövzusunda düşərgə iştirakçıları üçün maarifləndirici görüş təşkil olunub.
 
Düşərgənin sonuncu günündə “I am Jazzman” 2026 müsabiqəsinin qala konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.