“Gənclər həftəsi” proqramı çərçivəsində fevralın 6-da "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində baş tutan festivalda hərbi-vətənpərvərlik, yaradıcılıq və əyləncə zonaları fəaliyyət göstərib, intellektual müsabiqələr, interaktiv təlimlər təşkil olunub. Həmçinin tanınmış ifaçı Mətin Hüseynzadə (Madteen) konsert proqramı ilə çıxış edib.
Qeyd edək ki, gənclərin intellektual, yaradıcı və fiziki potensialının inkişaf etdirilməsi, onların sosial fəallığının artırılması və milli-mənəvi dəyərlərə bağlılıq ruhunun gücləndirilməsi məqsədi daşıyan “GəncFest” fevralın 2-də Xankəndi və “Gənclər Paytaxtı”mız Goranboy şəhərlərində də təşkil edilib.