Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov da iştirak ediblər.
Yarış 2026-cı ilin fevral–may aylarını əhatə edir və 4 seçmə, 2 yarımfinal və 1 final mərhələsindən ibarət olacaq. Əsas məqsədi gənc əməkdaşlarda komanda ruhunu gücləndirmək, operativ qərarvermə bacarıqlarını inkişaf etdirmək və qurumlararası əməkdaşlığı möhkəmləndirməkdir.
İlk mərhələdə 20 qurum iştirak edib və onların arasından Xarici İşlər Nazirliyi, Azərbaycan Beynəlxalq Bankı, İqtisadiyyat Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Elm və Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, AZCON Holding və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) növbəti mərhələyə vəsiqə qazanıblar.