Düşərgədə ölkənin müxtəlif bölgələrinin ali təhsil müəssisələrini təmsil edən 120 tələbə iştirak edir. Tədbirin açılışında Gənclər və İdman Nazirliyinin əməkdaşı Cəmilə Rzayeva və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova çıxış edərək iştirakçılara uğurlar arzulayıb, bu cür layihələrin gənclərin inkişafında oynadığı mühüm rolu vurğulayıblar.

 

Proqramın ilk günündə tələbələr üçün “Sahibkarlığa giriş və biznes ideyalarının inkişafı”, “Startap ekosistemi və innovativ yanaşmalar”, “Rəqəmsal dünyada fərdi brendinq”, “Karyera planlaması və uğur strategiyaları” və “Layihə menecmentinə giriş” mövzularında peşəkar təlimlər, motivasiya sessiyaları və interaktiv seminarlar təşkil olunub. Daha sonra iştirakçılar komanda təqdimatları ilə çıxış ediblər. Sonda müsabiqələr əsasında qalib komanda elan olunub.

 

Qeyd edək ki, düşərgəyə avqustun 17-də yekun vurulacaq.