Sabunçu Gənclər Evində təşkil olunan tədbirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova çıxış edib. İki gün davam edən proqram Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova, psixoloq Aysel Musayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva tərəfindən həyata keçirilib.
İki günlük təlim proqramı “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: sağlam gələcəyə tibbi baxış”, “Erkən hamiləliyin tibbi fəsadları və sağlam həyat tərzi”, “Stresin reproduktiv sağlamlığa təsiri”, habelə “Sağlam ailənin təməli: hüquqi biliklər və məsuliyyətli ailə quruculuğu” mövzularını əhatə edib.
Görüş zamanı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.