Bir həftə ərzində iştirakçılar müxtəlif təlimlərdə, maarifləndirici görüşlərdə, layihə təqdimatlarında, intellektual və idman yarışlarında iştirak edərək yeni bilik və bacarıqlar qazanıb, komanda işi, liderlik və yaradıcılıq potensiallarını inkişaf etdiriblər. Axşam əyləncələri və interaktiv fəaliyyətlər isə düşərgə proqramına xüsusi rəng qataraq iştirakçılar üçün unudulmaz anlar yaradıb.
 
Düşərgə çərçivəsində təşkil olunan SkyFest festivalı əyləncə, sağlam rəqabət və birlik ruhunu özündə birləşdirərək proqramın ən yaddaqalan məqamlarından biri olub.