Tədbir çərçivəsində strateji planlaşdırma, SWOT və PESTEL analizlərinin tətbiqi, risklərin idarə olunması və qərarvermə mexanizmləri üzrə sessiyalar təşkil olunub. İştirakçılar komanda şəklində öz təşkilatları üzrə təhlillər apararaq prioritet layihə ideyalarını təqdim ediblər. Prezident mükafatçıları ilə “Uğur hekayələri və gənclər perspektivi”, "Urban mühit və sosial infrastruktur" mövzusunda görüş, eləcə də “Beynəlxalq müstəvidə təmsilçilik: gənclərin rolu və imkanları” adlı sessiya təşkil olunub. Həmçinin “Böhran və inkişaf” keys müzakirəsi və intellektual yarış keçirilib.