10–15 yaşlılar üçün təşkil olunan VEX IQ yarışında 36 komanda (157 iştirakçı) iştirak edib. “VexStars” (Abşeron) və “TechnoTeam” (Sumqayıt) birinci, “Origins” (Şirvan) və “GanjaTechX” (Gəncə) ikinci, “TechnoX” (Abşeron) və “Born to win” (Mingəçevir) üçüncü yerə layiq görülüblər. “Yaxşıların yaxşısı” nominasiyası “TechKings” (Ağdaş) komandasına təqdim olunub.
14–17 yaşlılar arasında keçirilən VEX V5 yarışında isə 16 komanda (76 iştirakçı) iştirak edib. “Zəfər” (Mingəçevir) və “Ganja Robotics” (Gəncə) birinci, “RoboVortex X” (Ağdaş) və “Falcon” (Zaqatala) ikinci yer tutublar. “Yaxşıların yaxşısı” nominasiyasına “Ganja Robotics” komandası layiq görülüb.