Konsert proqramında tanınmış müğənni Mətin Hüseynzadə (MadTeen), həmçinin IX “Muğam” televiziya müsabiqəsinin finalçısı, 2025-ci il “İlin gənci” mükafatına layiq görülən Yusif Cəfərbəyli çıxış ediblər. “GəncFest” çərçivəsində gənclərin Şuşa şəhərinə ekskursiyası da təşkil edilib.