Sessiyada Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, Gürcüstan Respublikasının Təhsil, Elm və Gənclər Nazirliyinin nümayəndəsi Tamar Georgadze, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli iştirak ediblər.
Tədbirin interaktiv hissəsi isə “AEGEE Bakı” İctimai Birliyinin sədri Cəsur Mədətzadənin moderatorluğu ilə davam edib. Sessiyada iştirak edən Azərbaycan və Gürcüstan gəncləri qruplara bölünərək müzakirələr aparıb, iki ölkənin gəncləri arasında birgə fəaliyyət və tərəfdaşlıq imkanları ilə bağlı təkliflər hazırlayıblar.